Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi rəhbərin anadan olmasının 92 illiyi qeyd olunmuşdur

05 may 2015 | 15:00

Bu gün Siyəzən şəhərindəki Bayraq meydanında Siyəzən Rayon İcra Hakimiyyəti və İctimai Televiziyanın təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar möhtəşəm konsert proqramı keçirilmişdir. Tədbirin aparıcısı tarixin Azərbaycan xalqına bəxş etdiyi böyük şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışmış, mahnı və  rəqs nümunələri tamaşaçıları sevindirmişdir. Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev, Əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İsgəndərli,   müğənnilər Günay İbrahimova, Sevda Yəhyayeva, Zəka Zeynalov  və digər ifaçıların təqdim etdiyi mahnılar hamının ürəyincə olmuş, dəfələrlə alqışlanmışdır. Tədbirin sonunda atəşfəşanlıq olmuşdur.

 

  

  

 

  

  

 

Keçidlər