Home Contact Phone
background
  • Ünvan: AZ 5300, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 39.
  • Faks: (+99423) 304-20-77
  • E-mail: mail@siyezen-ih.gov.az

Xəbərlər

  • Balaca Həmyə kəndində səyyar qəbul keçirilm...

    Balaca Həmyə kəndində səyyar qəbul keçirilmişdir.

    2018-10-19

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Balaca Həmyə kəndində keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • 2018-ci ilin doqquz ayının yekunları və qarş...

    2018-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

    2018-10-18

    Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2018-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

  • Qozağacı kəndinə ilk dəfə təbii qaz verilmi...

    Qozağacı kəndinə ilk dəfə təbii qaz verilmişdir.

    2018-10-10

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yaşayış məntəqələrinin qazlaşdırlması ilə bağlı tapşırığının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Bu gün Siyəzən rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Siyəzən rayonunun Qozağacı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir.

  • Beşdam kəndində səyyar qəbul keçirilmişdir.

    Beşdam kəndində səyyar qəbul keçirilmişdir.

    2018-10-05

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Beşdam kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • "Vətənin müdafiəsinə hazıram!" adl...

    "Vətənin müdafiəsinə hazıram!" adlı tədbir keçirilmişdir.

    2018-09-26

    Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Balabəy Balabəyov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak edirdilər.

  • Siyəzən rayon təhsil işçilərinin ənənəvi ...

    Siyəzən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

    2018-09-06

    Bu gün Siyəzən Rayon Mədəniyyət Mərkəzində Rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev, rayonun məktəb direktorları, qabaqcıl müəllimlər, ictimaiyyətin nümayəndələri və ali məktəblərə qəbul imtahanlarında 500-700 ballıq nəticə göstərmiş məzunlar iştirak edib.

  • Əmək Yarmarkası keçirilmişdir.

    Əmək Yarmarkası keçirilmişdir.

    2018-07-20

    20 iyul 2018-ci il tarixdə Siyəzən rayon Mədəniyyət Mərkəzində işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədilə işəgötürənlər və işaxtaranların iştirakı ilə “Əmək Yarmarkası” keçirilmişdir.

  • Dövlət Qulluqçularının peşə bayramı günü...

    Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir

    2018-06-23

    Bu gün Siyəzən rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzülmüşdür.

  • Ümummilli Lider Heydər Əliyevin doğum günü q...

    Ümummilli Lider Heydər Əliyevin doğum günü qeyd edilmişdir.

    2018-05-10

    Bu gün rayonumuzda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu öndərin Siyəzən şəhərindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək xatirəsini hörmətlə yad etmişlər.

  • 2018-ci ilin birinci rübünün yekunları müzaki...

    2018-ci ilin birinci rübünün yekunları müzakirə edilmişdir.

    2018-04-20

    Bu gün Siyəzən Rayon İcra Hakmiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar Siyəzən rayonunda 2018-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məsələ müzakirə edilmişdir.

  • Məşrif kəndində dini radikalizmə qarşı müb...

    Məşrif kəndində dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.

    2018-04-18

    Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Rayon Polis Şöbəsinin iştirakı ilə Məşrif kəndində “Dini radikalizmə qarşı mübarizə” adlı tədbir keçirilmişdir.

  • Tuğay kəndində səyyar görüş keçirilmişdir...

    Tuğay kəndində səyyar görüş keçirilmişdir.

    2018-04-13

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Tuğay kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Rayondaxili yolların təmiri davam ediri

    Rayondaxili yolların təmiri davam ediri

    2018-04-13

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrimizin inkişafına xüsusi diqqət və qayğısı hər gün öz müsbət nəticələrini verməkdədir. Xüsusilə yol infrastrukturunun inkişafı ilə əlaqədar dövlət başçımızın tapşırıqlarının icrası sürətlə icra olunmaqdadır.

  • Kəndlərarası yollar təmir edilir.

    Kəndlərarası yollar təmir edilir.

    2018-04-03

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir.

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı qurban...

    31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.

    2018-03-31

    Ölkəmizin hər yerində olduğu kimi Siyəzən rayonunda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bununla əlaqədar rayonun və ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlikləri Şəhidlər xiyabanını ziyarət etmişlər.

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü...

    31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

    2018-03-31

    Bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.

  • Rayon məktəbliləri "Ölkəmizi tanıyaq&qu...

    Rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Lənkəran – Astara – Masallı marşrutu ilə səfərə çıxmışlar.

    2018-03-26

    Bu gün rayonumuzun təhsil və nümunəvi davranışı ilə fərqlənən 40 nəfərdən ibarət məktəbli qrupu "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Lənkəran – Astara – Masallı marşrutu ilə səfərə çıxmışlar. Səfər iştirakçılarını Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev və Təhminə Bəxtiyarova, aparatın kollektivi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi və valideynlər yola salmışlar.

  • Yenikənd kəndində səyyar qəbul keçirilmişdi...

    Yenikənd kəndində səyyar qəbul keçirilmişdir

    2018-03-15

    Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun növbəti səyyar qəbulu bu gün rayonun Yenikənd kəndində keçirilmişdir. Qəbulda Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

  • Novruz şənliyi keçirildi.

    Novruz şənliyi keçirildi.

    2018-03-16

    Bu gün Siyəzən rayonunda Novruz bayramının gəlişi böyük təntənə ilə qeyd edildi. Siyəzən şəhərinin mərkəzindəki Bayraq meydanında keçirilmiş bayram şənliyində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ziyalılar iştirak edirdilər.

  • Əmək və əhalinin sosial müdafiəsi naziri Sə...

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda 5 rayonun sakinləri ilə görüşüb

    2018-03-02

    Bu gün Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində rayonumuzun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb Vətəndaşlar məşğulluğun təmin edilməsi, kiçik ailə təsərrüfatının yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmə, peşə hazırlığı kurslarına cəlb olunma, tibbi-sosial reabilitasiya, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial xidmətlərin göstərilməsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

  • Xocalı faciəsinə həsr olunmuş sərgi keçiril...

    Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilmişdir.

    2018-02-23

    Siyəzən rayonunun ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən 6 fevral 2018-ci il tarixdə elan edilmiş rəsm müsabiqəsi başa çatıb.

  • Hesabat yığıncağı keçirilmişdir

    Hesabat yığıncağı keçirilmişdir

    2018-02-05

    5 fevral 2018-ci il tarixdə Siyəzən şəhər Mədəniyyət Mərkəzində 2017-ci ildə Siyəzən rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynovun hesabat yığıncağı keçirilmişdir. Yığıncaqdan əvvəl rayon rəhbərliyi və tədbirdə iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

  • Azərbaycan xalqının Ümummilli Lideri Heydər ...

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir.

    2017-12-12

    Bu gün respublikamızın hər yerində olduğu kimi Siyəzən rayonunda da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Hər bir qədirbilən ölkə sakini kimi siyəzənlilər də bu günü dahi liderin rayon mərkəzindəki abidəsini ziyarət etməklə başlamışlar.

  • Siyəzənli məktəblilər Qəbələ-Şəki-Zaqata...

    Siyəzənli məktəblilər Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşdülər.

    2017-11-16

    Bu gün rayonumuzun təhsil və nümunəvi davranışı ilə fərqlənən 40 nəfərdən ibarət məktəbli qrupu "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu ilə səfərə çıxmışlar.

  • Maarifləndirici təbdir keçirilmişdir

    Maarifləndirici təbdir keçirilmişdir

    2017-11-15

    15 noyabr 2017-ci il tarixdə Siyəzən Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkliatçılığı ilə “Vətən sevgisi imandandır” adlı maariflədirici tədbir keçirilmişdir.